Ünvan

Bakı, Azərbaycan

Telefon

+99450 615 55 11

Ləziz Çərəz

Layihə Məlumatı

  • Name:Ləziz Çərəz
  • Category:Vebsayt
  • Author:AP Studio MMC
  • Client:Ləziz Çərəz
  • Location:Bakı
  • Paylaş:

Ləziz Çərəz

Quru meyvə, çərəzlər, ədviyyatlar və paxlalı sahələri üzrə Azərbaycanın lider şirkəti olan Valehlər MMC-nin markası olan Ləziz Çərəz-in (www.lezizcerez.az) veb saytına xoş gəlmisiniz. Biz ölkə üzrə və ölkəmizin sərhədləri xaricində keyfiyyətli məhsulların idxalı, ixracı, emalı və distribusiyası üzrə 30 ildən çox təcrübəsi olan ailə şirkətiyik. 

Kaliforniyadan badam, İrandan kişmiş, Səudiyyə Ərəbistandan xurma, Çilidən qoz, Türkiyədən Antep püstəsi, Hindistandan düyü və daha başqaları kimi dünyanın fərqli yerlərindən idxal edilmiş geniş məhsul çeşidi təklif edirik. Əlavə olaraq, ölkəmizdə yetişdirilən fındıq, qoz və badam kimi yerli məhsulları Avropa və Asyanın fərqli ölkələrinə ixrac edirik. Müasir fabrikamızda xüsusi diqqət ilə seçilən, təmizlənən, emal olunan, qablaşdırılan və ən yüksək gigiyenə və qida təhlükəsizliyi qaydalarına cavab verən anbarlarda saxlanılan məhsullarımızla qürur duyuruq. Akkreditasiya olmuş laboratoriyalar tərəfindən test edilən və sertifikatlaşdırılan məhsullarımızın təzəliyinə, keyfiyyətinə və ləzzətinə zəmanət veririk.

Xidmətlər

Biz Nələr Təklif Edirik?

Veb Xidmətləri

Veb sayt, biznesinizin onlayn mühitdəki əsas nümayəndəsidir. Müasir dövrdə peşəkar veb sayt müştərilərinizlə əlaqə qurmaq, məhsul və xidmətlərinizi tanıtmaq, satışları artırmaq və markanızın imicini gücləndirmək üçün vacib bir vasitədir

Daha Çox Oxu

E-Commerce (Elektron Ticarət)

E-Commerce (elektron ticarət) məhsul və xidmətlərin internet vasitəsilə satılması və alınması prosesidir. Müasir dövrdə e-ticarət platformaları bizneslərin bazarlarını genişləndirməsi, müştərilərlə birbaşa əlaqə qurması və satışlarını artırması üçün əvəzolunmaz alətlərdən birinə çevrilib.

Daha Çox Oxu

Dizayn

Qrafik dizayn, vizual kommunikasiya vasitəsilə mesajları çatdırmaq üçün yaradıcı yanaşma, rənglər, şəkillər, şriftlər və digər vizual elementlərdən istifadə edən sənətdir. Müasir dövrdə qrafik dizayn marketinq, reklam, brendinq və informasiya çatdırılmasında əsas rol oynayır.

Daha Çox Oxu

Rəqəmsal Marketinq

Rəqəmsal marketinq, internet və digər rəqəmsal platformalar vasitəsilə məhsul və xidmətlərin tanıdılması, müştərilərlə əlaqənin gücləndirilməsi və satışların artırılması məqsədini daşıyan marketinq fəaliyyətidir. Müasir dövrdə rəqəmsal marketinq bizneslərin inkişafı üçün əvəzedilməz bir vasitədir.

Daha Çox Oxu

Brendinq

Brendinq, bir şirkətin, məhsulun və ya xidmətin kimliyini formalaşdırmaq və onu rəqiblərdən fərqləndirmək üçün nəzərdə tutulan strategiya və fəaliyyətlər toplusudur. Güclü bir brend, müştərilərin yaddaşında qalaraq onların seçimlərinə təsir edən mühüm bir elementdir.

Daha Çox Oxu

Ən son yeniləmələr üçün abunə olun

shape